"Safe Gas" MMC Haqqında
Azərbaycanda qaz sənayesi çox sürətlə inkişaf edir. Xüsusilə də son dövrlər iri miqyaslı beynəlxalq qaz layihələrinin həyata keçirilməsi qaz sənayesinin inkişafını daha da sürətləndirir. Bu baxımdan 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində müxtəlif növ lisenziyalara malik ixtisaslaşdırılmış “Safe Gas” MMC yaradılmışdır. Şirkətin yaradılmasında əsas məqsəd qaz təminatlı müəsisələrdə, onların təşkilati-hüquqi formasından asılı olmayaraq yanğın təhlükəsizliyi tələblərini müəyyənləşdirmək, bu qaydaların tələblərinə riayət etmək, eləcədə müəssisənin ərazisində yerləşən və istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqların “Texniki təhlükəsizlik haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükə potensiallı obyektlərin Siyahısı»na daxil edilməsi üçün identifikasiyası işlərinin aparılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 67 nömrəli qərarı ilə təsdiq edilmiş, “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın 2.4.1 bəndinə əsasən qaz layihələrinin texniki təhlükəsizliyə dair norma və qaydaların tələblərinə uyğunluğunu müəyyənləşdirməklə ekspertiza rəyinin verilməsindən, Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində ictimai müəssisələrdə və əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması və tikilməsi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının və digər normativ sənədlərinin tələblərinə uyğun olaraq, bu qaydaların tələblərinə riayət etməklə qaz təchizatının layihələndirmək, tikintisi başa çatmış yaşayış binalarında və müəssisələrdə quraşdırılmış qaz cihazlarının ventilyasiya kanallarının və tüstü bacalarının qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğunluğu və tamlığının yoxlanılması işlərinin aparılmasından ibarətdir.
Müstəsna müştəri xidmətləri və dayanıqlı həllər təqdim edərək, yaratdığımız dəyərlərlə yerli bazarın qaz sahəsində ən etibarlı şirkəti olmaq.
İnsan kapitalına və metodlarımıza investisiya etməklə müştərilərimizin gözləntilərindən üstün, fərqli, etibarlı qaz həlləri təklif edərək uzunmüddətli tərəfdaş olmaq.
Statistikamız
Şirkətimizin tərəfindən görülən işlərin statistikası